...

Ombudsman YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavinini qəbul edib

Cəmiyyət Materials 12 Fevral 2010 20:03 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Rəşid Mustafanı qəbul edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat verib.
Ombudsman YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavinini qəbul edib

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Rəşid Mustafanı qəbul edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat verib.

Görüşdə cari ildə müvəkkilin YUNİSEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığının əsas istiqamətləri müzakirə olunub.

Ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının və bu beynəlxalq qurumun nümayəndələrinin iştirakı ilə ölkənin müxtəlif şəhər və rayonlarında uşaq hüquqlarının müdafiəsi vəziyyətinin öyrənilməsi üzrə monitorinqlərin aparılması önə çəkilib. Habelə "Əlillərin hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsi ilə bağlı birgə monitorinqlərin keçirilməsi zərurəti də vurğulanıb.

Süleymanova Azərbaycan Ombudsmanının Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvü olduğunu bildirib, həmin təşkilatın tədbirlərində uşaqların hüquqlarının müdafiəsi üçün onların özlərinin fəal iştirakını təmin etmək, onları liderlər kimi yetişdirmək üçün şəbəkənin yaradılmasını təklif edib.

Görüşdə YUNİSEF-in Azərbaycan nümayəndəliyinin uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə də iştirak edib.

Xəbər lenti

Xəbər lenti