...

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə ittiham olunan kriminal avtoritetə bəraət verilib

Cəmiyyət Materials 18 Fevral 2010 15:52 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə "Lotu Süleyman" ləqəbi ilə tanınan Süleyman Şirinova bəraət hökmü çıxarılıb və o, məhkəmə zalında həbsdən azad edilib.
Azərbaycanda qəsdən adam öldürməyə cəhddə ittiham olunan kriminal avtoritetə bəraət verilib

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə ittiham olunan kriminal avtoritetə bəraət verilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə "Lotu Süleyman" ləqəbi ilə tanınan Süleyman Şirinova bəraət hökmü çıxarılıb və o, məhkəmə zalında həbsdən azad edilib.

Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunurdu.

İttihama görə, Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərovu öldürmək məqsədilə "Makarov" markalı tapançadan atəş açaraq onu yaralayıb.

11 il istintaqdan yayınan Şirinov 2008-ci ildə həbs edilib.

Xəbər lenti

Xəbər lenti