...

Azərbaycanda Novruz bayramı ilə bağlı əfv olmayacaq

Cəmiyyət Materials 3 Mart 2010 13:32 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü deyib ki, Novruz bayramı ərəfəsi əfv sərəncamının imzalanacağı gözlənilmir.
Azərbaycanda Novruz bayramı ilə bağlı əfv olmayacaq

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü deyib ki, Novruz bayramı ərəfəsi əfv sərəncamının imzalanacağı gözlənilmir.

"Azərbaycan Prezidenti ötən ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsi əfv sərəncamı imzaladığından, indi yeni sərəncam verilməyəcək", - çərşənbə günü Trend -a Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Vaqif Səmədoğlu bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 25-də əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 99 məhbusa şamil edilib.

1994-cü ildən indiyədək imzalanmış 46 əfv fərmanı ilə 4957 şəxs cəzadan azad edilib. Fərmanların 14-ü İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Səmədoğlunun sözlərinə görə, komissiya üzvlərinə əfv olunmaq üçün məhbuslardan yeni ərizələr daxil olsa da, hələ ki, heç bir müzakirə aparılmayib. "Novruz bayarmına qədər komissiyanın iclaslarının keçirilməsi də nəzərdə tutulmur. Ona görə bayram ərəfəsi yeni əfv sərəncamının imzalanacağı real deyil", - millət vəkili əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti