...

Azərbaycan Parlamentinin deputatı Mətbuat Şurasına iki qəzetlə bağlı şikayət edib

Cəmiyyət Materials 17 Mart 2010 16:30 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclasında dörd qəzetlə bağlı müraciət müzakirə olunub.
Azərbaycan Parlamentinin deputatı Mətbuat Şurasına iki qəzetlə bağlı şikayət edib

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclasında dörd qəzetlə bağlı müraciət müzakirə olunub.

"Deputat Nazim Məmmədovun "Azərbaycan Cümhuriyyəti""Aktual" qəzetləri ilə bağlı müraciəti müzakirə edilərkən bildirilib ki, onun barəsində gedən materialların təqdimatında qərəzli motivlər mövcuddur", - çərşənbə günü Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 4100-dən çox kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Mətbuat Şurası indiyə qədər 95 qəzetin "reket" fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq onların adını "qara siyahı"ya daxil edib.

Komissiya üzvləri qeyd ediblər ki, bu qəzetlərdə etik prinsiplərin tələbləri pozulub, qarşı tərəfin mövqeyi verilməyib. "Hər iki nəşrə şikayət doğuran məqamlarla bağlı təkzib verilməsi və qarşı tərəfin mövqeyinin işıqlandırılması tövsiyə olunub", - məlumatda vurğulanır.

Komissiyanın iclasında "Respublika gəncləri" qəzetinə ciddi xəbərdarlıq edilməsi zəruri sayılıb.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Gündəm xəbər" qəzeti ilə bağlı şikayəti müzakirə edilərkən belə rəyə gəlinib ki, narazılıq doğuran materialda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra tələblərinə sayğısızlıq göstərilib. "Bu qəzetin fəaliyyəti Şuranın əvvəlki iclaslarının birində də müzakirəyə çıxarılıb və həmin vaxt nəşrə ciddi xəbərdarlıq olunub. Komissiya mövcud faktı və müzakirə edilən hazırkı məsələnin mahiyyətini nəzərə alaraq bu nəşrlə bağlı materialın Şuranın "Reket" jurnalistikaya qarşı mübarizə Komissiyasında araşdırılmasını qərara alıb", - məlumatda əlavə olunur.

İclasda "Türk  Azərbaycan dünyası" qəzeti ilə bağlı materialların da sözügedən komissiyada araşdırılması məqsədəmüvafiq sayılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti