...

İran televiziyasının İtaliyada həbs olunmuş jurnalistinin azadlığa buraxılması İtaliyanın xeyrinədir - İran Parlamentinin spikeri

Cəmiyyət Materials 18 Mart 2010 12:16 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani bildirib ki, İran televiziyasının jurnalistinin həbsi ilə İtaliya səhv addım atıb. "Həbs olunmuş jurnalist nə qədər tez buraxılarsa, İtaliyanın xeyrinədir", - deyə Laricani deyib.
İran televiziyasının İtaliyada həbs olunmuş jurnalistinin azadlığa buraxılması İtaliyanın xeyrinədir - İran Parlamentinin spikeri

İran Parlamentinin spikeri Əli Laricani bildirib ki, İran televiziyasının jurnalistinin həbsi ilə İtaliya səhv addım atıb. "Həbs olunmuş jurnalist nə qədər tez buraxılarsa, İtaliyanın xeyrinədir", - deyə Laricani deyib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat yayıb.

Mart ayının əvvəlində İran dövlət televiziyasının jurnalisti Həmid Məsumi-nejad və bir iranlı İtaliyada həbs olunub. Beynəlxalq KİV-in məlumatına əsasən, bu iki şəxs İtaliya polisinin iki gün öncə bir neçə nəfəri İrana silah satmaq ittihamı ilə həbs etdiyi zaman saxlanılıb. Məlumata əsasən, həbs edilmiş şəxslər İrana qanunsuz silah qaçaqmalçılığı ilə məşğul olurmuş.

Laricani əlavə edib ki, İtaliya iranlı jurnalisti həbs etməklə çoxlu narazılıq yaradıb; bu səbəbdən İtaliyanın xeyrinə olar ki, İran televiziyasının jurnalistini tez bir zamanda azadlığa buraxsın.

Xəbər lenti

Xəbər lenti