...

Azərbaycanda 1918-ci ilin martda ermənilərin törətdiyi soyqırımlarla bağlı İsveçdə konfrans keçiriləcək (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2010 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir /A.Hüseynbala/

Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə (DAK) 1918-ci ilin mart ayında Azərbaycanın quzeyində və güneyində türklərə qarşı həyata keçirilən soyqırımları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə aprelin 9-da İsveçin paytaxtı Stokholm şəhərində tədbir keçirilməsi nəzərdə tutulur.

"Odlar Yurdu" dərnəyinin də təşkilatçılıq edəcəyi tədbirdə DAK Daimi Şurasının sədri Əydər Tağızadə, Azərbaycanın İsveç Krallığındakı səfiri Rəfael İbrahimov, Milli Məıclisin deputatı Baba Tağıyev və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri iştirak edəcəklər", - cümə axşamı Trend Beynəlxalq Xəbərlər Şirkətində keçirilən tədbirdə DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Rüstəmxanlının sözlərinə görə, 1918-ci ilin fevral və mart aylarında ermənilər Azərbaycanın güneyində də azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər: "Urmiyada, Təbrizdə, Xoyda, Köhnəşəhərdə, Salmas və başqa ərazilərdə ermənilərin törətdiyi kütləvi qırğınlar zamanı 130 mindən çox soydaşımız qətlə yetirilib. 150 min əhalisi olan Urmiyada bir gecədə 1500 türk öldürülüb", - o əlavə edib.

Millət vəkili deyib ki, DAK rəhbərliyinin aprelin 18-də Kanadaya da səfəri gözlənilir: "Səfər zamanı Kanada Parlamentində, müxtəlif dövlət orqanlarında görüşlər keçiriləcək. Ottava, OntarioVankuver şəhərlərində fəaliyyət göstərən Azərbaycan, Türkiyə və digər türk diaspor təşkilatlarının rəhbərləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur", - DAK həmsədri vurğulayıb.

Rüstəmxanlı qeyd edib ki, DAK rəhbərliyi Kanadadan ABŞ-a gedəcək. "Los-Anceles şəhərində Azərbaycanla bağlı tədbir keçiriləcək. Bundan sonra hər il mayın 3-də Nyu-York şəhərində türk diaspor təşkilatlarının birgə təşkil etdiyi Türk Yürüşündə iştirak edəcəyik", - millət vəkili xatırladıb.

Xəbər lenti

Xəbər lenti