Sumqayıtda zirzəmilərin təmizlənməsi ilə bağlı işlər davam etdirilir

Cəmiyyət Materials 6 Aprel 2010 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Sumqayıtda zirzəmilərin təmizlənməsi ilə bağlı işlər davam etdirilir. Cari ilin mart ayı ərzində Sumqayıtda mənzil istismar sahələri balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar bir sıra işlər görülüb. Şəhər ərazisində, ümumilikdə, mövcud 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 55 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 27-si MİS-in balansında olan yaşayış binaları, 1-i cədvəlli bina, 2-si yataqxana, 4-ü məktəb, 8-i uşaq bağçası, 12-si mədəniyyət evi, 1-i isə səhiyyə ocağının daxilindədir. Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir.

Xəbər lenti

Xəbər lenti