...

Azərbaycanda nizamnamə qaydalarını pozmaqda ittiham olunan hərbi qulluqçuların cəzası azaldılıb

Cəmiyyət Materials 6 Aprel 2010 15:03 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Şirvan Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri Sərxan Bəşir oğlu Alıyevin, Tural Şakir oğlu Məmmədovun və Arif Maarif oğlu Abbasovun apelyasiya şikayəti üzrə qərar elan edilib.
Azərbaycanda nizamnamə qaydalarını pozmaqda ittiham olunan hərbi qulluqçuların cəzası azaldılıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda nizamnamə qaydalarını pozmaqda ittiham olunan hərbi qulluqçuların apelyasiya şikayəti qismən təmin edilib.

Trend-in məlumatına görə, bu gün Şirvan Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri Sərxan Bəşir oğlu Alıyevin, Tural Şakir oğlu Məmmədovun və Arif Maarif oğlu Abbasovun apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti qismən təmin edilib. Təqsirləndirilən şəxslərin barəsində Ağdam Hərbi Məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxslərdən Alıyevin və Məmmədovun cəzası 3 aya, Abbasovun cəzası isə 4 aya endirilməsi ilə bağlı qərar qəbul edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vurma (338.1) maddəsi ilə ittiham ediliblər.

Ağdam Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il azadlıqdan məhrum etmə cəzası alıblar.

Xəbər lenti

Xəbər lenti