...

Şairə Xəzangül Hüseynovanın "Məhəbbətin qənimi" pyesi əsasında eyniadlı tamaşanın premyerası keçirilib

Cəmiyyət Materials 15 Aprel 2010 18:04 (UTC +04:00)
Gəncə Dövlət Dram Teatrında cümə axşamı şairə Xəzangül Hüseynovanın "Məhəbbətin qənimi" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşasının yeni quruluşda premyerası keçirilib.
Şairə Xəzangül Hüseynovanın "Məhəbbətin qənimi" pyesi əsasında eyniadlı tamaşanın premyerası keçirilib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/

Gəncə Dövlət Dram Teatrında cümə axşamı şairə Xəzangül Hüseynovanın "Məhəbbətin qənimi" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşasının yeni quruluşda premyerası keçirilib.

Trend-in məlumatına görə, qurluşçu rejissoru Faiq Qasımov olan tamaşanın süjeti ailədaxili problemlər, cəmiyyətdə bəlalara yol açan sərxoşluğun bir ailədə yaratdığı faciədir.

Müəllif Xəzangül Hüseynova bildirib ki, tamaşada əsasən ər və arvad arasında yaranan problemlərdən bəhs olunur. Sərxoşluğun ailədə yaratdığı problemlər cəmiyyətə təqdim olunur.

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Xəzangül Hüseynovanın şeirləri ötən əsrin 70-ci illərindən dərc olunub. Şairə həmçinin ötən ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.

Şairə yeddi şeirlər kitabının müəllifidir, bunlardan biri Türkiyədə "Bitməyən xəzan", digəri isə Tbilisidə gürcü dilində çap olunan "Şubhələr" adlı kitabdır.

Xəbər lenti

Xəbər lenti