...

"Azərbaycan Dünyası" jurnalı Böyük Vətən müharibəsindəki qələbənin 65-ci il dönümünə həsr olunan xüsusi buraxılışını təqdim edib (FOTO)

Cəmiyyət Materials 5 May 2010 15:44 (UTC +04:00)
Çərşənbə günü "Azərbaycan Dünyası" beynəlxalq jurnalı Böyük Vətən müharibəsi zamanı faşizm üzərində əldə edilmiş şanlı qələbənin 65-ci il dönümünə həsr etdiyi xüsusi buraxılışının təqdimat mərasimini keçirib.
"Azərbaycan Dünyası" jurnalı Böyük Vətən müharibəsindəki qələbənin 65-ci il dönümünə həsr olunan xüsusi buraxılışını təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü "Azərbaycan Dünyası" beynəlxalq jurnalı Böyük Vətən müharibəsi zamanı faşizm üzərində əldə edilmiş şanlı qələbənin 65-ci il dönümünə həsr etdiyi xüsusi buraxılışının təqdimat mərasimini keçirib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında təşkil olunan təqdimat mərasimində jurnalın naşiri və baş redaktoru Eldar İsmayılov bildirib ki, qələbənin əldə olunmasında "Qəhrəman Şəhər" statusu almayan, lakin fədakarlığı ilə daha üstün dəyərə layiq olan Bakının və onun sərvəti olan Bakı neftinin əvəzsiz rolu olub.

Xüsusi buraxılışda görkəmli şəxslərin mövzu ilə bağlı rəy və xatirələri qeyd olunub.

"Qələbəni məhz Bakı nefti qazandı - bunu Böyük Vətən müharibəsində fədakarlıq göstərmiş və bu zəfərin qazanılmasında qurbanlar vermiş dövlətlərə, xalqlara dərin ehtiramla deyirəm", - İsmayılov bildirib.

Xəbər lenti

Xəbər lenti