...

Azərbaycanda gənclər erkən nikahların törətdiyi fəsadlarla bağlı maarifləndirilib

Cəmiyyət Materials 1 İyun 2010 15:09 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi və Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi gənclər üçün erkən nikahların törətdiyi fəsadlarla bağlı maarifləndirici layihə həyata keçiriblər.
Azərbaycanda gənclər erkən nikahların törətdiyi fəsadlarla bağlı maarifləndirilib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi və Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi gənclər üçün erkən nikahların törətdiyi fəsadlarla bağlı maarifləndirici layihə həyata keçiriblər. Bu barədə məlumatı Trend-ə çərşənbə axşamı Gənclər və İdman Nazirliyindən bildiriblər.

"Erkən nikahların törətdiyi fəsadlara dair maarifləndirici kampaniyaların təşkili" adlı layihə çərçivəsində Şəki şəhərində, Zaqatala, Oğuz, Qəbələ və digər rayonlarda fəaliyyət göstərən gənc fəallar üçün təlimlər təşkil olunub. Təlimdə erkən, qeyri-rəsmi nikahlar və onların törətdiyi fəsadlar haqqında danışılıb, fikir mübadilələri aparılıb.

Təlim zamanı "Təmiz dünya" İctimai Birliyi tərəfindən təqdim edilmiş "Günahkarlar, yoxsa günahsızlar" filmi nümayiş etdirilib və bir sıra kitabçalar paylanılıb.

Xəbər lenti

Xəbər lenti