...

Pənah Qurbanovun "Həyat oçerkləri" fəlsəfi kitabının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 9 İyun 2010 19:53 (UTC +04:00)
İyunun 8-də "Atatürk" Mərkəzində Pənah Qurbanovun "Həyat oçerkləri" fəlsəfi kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ölkənin tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Pənah Qurbanovun "Həyat oçerkləri" fəlsəfi kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 9 iyun /Trend/

İyunun 8-də "Atatürk" Mərkəzində Pənah Qurbanovun "Həyat oçerkləri" fəlsəfi kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ölkənin tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə professor Eldəniz Quliyev açaraq müəllif haqqında iştirakçılara məlumat verib.

"Filosofları hər zaman bir məsələ narahat edib. Bəşəriyyət haradan gəlib? Hara gedir? Sualın birinci hissəsi təxminən təyin olunub. Amma bu gün bəşəriyyət hara gedir sualına mütləq mənada cavab verilməyib. Heç bir filosof, heç bir siyasi təlim hətta səmavi kitablar belə kapitalizmdən sonra hansı "izimin" gələcəyini təyin edə bilməyib. Axırıncı belə bir cəhd Marksizim idi ki, o da iflasa uğradı. Ondan sonra heç kim cürət edib bu barədə hətta düşünmək belə istəməyib. Nəticədə bəşəriyyət sükansız, kompassız gəmi kimi fəlakətə sürüklənir. Nə qədər ki, sükan tapılmayıb, yol göstərən konsepsiya yaranmayıb bu belə də davam edəcək", - Qurbanov bildirib.

Müəllifin iddiasına görə Ali İcma bütün dünyanı əhatə etməlidir.

"Ali icma bütün yer kürəsini əhatə edən qurum deməkdir. Ali icmanı idarə edən instinkt deyil, şüur olacaq. Mən bu məsələləri analiz edərkən o nəticəyə gəldim ki, ibtidai icmadan ali icmaya keçid dövrü olmalıdır. Bu keçid dövrü ən çoxu 20 min il çəkib. Və bəşəriyyət keçid dövrünü keçib Ali İcmaya yaxınlaşmaqdadır", - müəllif deyib.

Daha sonra söz görkəmli alim akademik Rafiq Əliyevə verildi. R. Əliyev insanların bir-birlərini başa düşmədiklərini söylədi:

"Bu gün burada bir məmur yaxud bir deputat fəlsəfədən elmi iş müdafiə etsəydi inanın ki, burada qapının ağzında belə yer olmazdı. Bu günkü tədbir də bunun üçündür - insanlar niyə bir-birlərini anlamır. Mən əsəri əlyazma halında oxudum. Oradan çıxardığım bir necə nəticəni bölüşmək istəyirəm. Pənah müəllim deyir ki, böyük qalaktikada bizim dünyamız kiçik bir gəmidir. Və ilahi düzümü olan bir gəmidir. Amma bu gün bu gəmidə çox böyük hüzursuzluq var. Bu gəmini həm sürənlər həm də sərnişinləri anlaya bilmirlər ki, bir gəmidəyik. Nə fəlakət olsa hamı üçündür. Pənah müəllim demək istəyir ki, dünyamız bu qədər apokalipsisə yaxın olmayıb. Amerika fizikləri virtual saat düzəldiblər. Saatın adı "axirət saatı"dır. Saat 11.55-i göstərir. Sizin fikirlərinizlə həmin fikir üst-üstə düşür".

Akademik Rafiq Əliyevə nəzəriyyənin yeni olduğunu və dünyada ciddi təbliğinə ehtiyac duyulduğunu söyləyib. Daha sonra çıxış edən professor Şahlar Ələsgərov də nəzəriyyənin yeni olduğunu bildirməklə yanaşı, xüsusən gənclər tərəfindən öyrənilməsinin vacib olduğunu vurğulayıb.

Tədbirdə yeni nəzəriyyə ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti