Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycanda oktyabr-noyabrda doktoranturaya qəbul imtahanları keçiriləcək, - çərşənbə günü jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.
"Doktoranturaya qəbul üzrə yeni qaydalar bütün aidiyyəti qurumlarla razılaşdırılıb və ümid edirk, yaxın vaxtlarda onlar qəbul ediləcək", - Kərimov deyib.
AMEA və Təhsil Nazirliyi tərəfindən hazırlanan doktoranturaya qəbul üzrə yeni qaydalar təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunub.
Doktoranturaya qəbul üzrə qaydalarda dəyişiklik - qəbul zamanı yaş həddinin ləğv olunmasıdır.
2009-cu ildə adıçəkilən təhsil mərhələsinə qəbul aparılmayıb. Azərbaycan Parlamenti 2009-cu ilin iyununda "Təhsil haqqında" yeni qanun qəbul edib.