...

"Bakı" klubunun keçmiş oyunçusu, tanınmış gürcü futbolçu həbs olunub

Cəmiyyət Materials 8 İyul 2010 18:13 (UTC +04:00)
Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən tanınmış futbolçu, Gürcüstan yığmasının keçmiş oyunçusu Georgi Demetradze həbs olunub.
"Bakı" klubunun keçmiş oyunçusu, tanınmış gürcü futbolçu həbs olunub

Gürcüstan, Tbilisi, 8 iyul /Trend,

müxbir N.Kirsxaliya/

Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən tanınmış futbolçu, Gürcüstan yığmasının keçmiş oyunçusu Georgi Demetradze həbs olunub. O, xüsusi əməliyyat nəticəsində digər iki vətəndaş - David Qaqnidze və Kaxa Misireli ilə birgə tutulub. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Kiev "Dinamo"su, İspaniya "Real Sosyedad"ı, Ukrayna, Rusiya klublarında və Azərbaycanın "Bakı" klubunda oynayan Demetradze oğurluqda ittiham edilib.

Saxlanılanlardan onların vətəndaş David Peykrişvilinin 140 000 dollar uduzduğu şəxsdən aldıqları 40 700 dollar götürülüb. Məbləğ totalizator xaricində mübahisə zamanı "əldən çıxıb" və üç şəxs, Demetradze də daxil olmaqla, udulmuş məbləği hədə-qorxu ilə almaq istəyiblər.

Bu işdə Ukraynadan Tbilisidəki "həmkarlarına" zəng vuraraq "oğru birliyi" arasında bölüşdürülmək şərtilə pulları götürməyi tapşıran keçmiş "qanun oğrusu" Vaxtanq Kipiani iştirak edib.

Gürcüstan Cinayət Məcəlləsində "oğurluq aləmi" ilə bağlı bənd var. Tutulmuş şəxslər, həmçinin qanunsuz silah gəzdirməkdə də ittiham olunurlar.

Georgi Demetradze 2008-2009-cu illərdə Azərbaycanın "Bakı" futbol klubunun heyətində hücumçu ampluasında çıxış edib.

Xəbər lenti

Xəbər lenti