...

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ilin birinci yarısında fəaliyyətinin yekunlarına həsr olunmuş Əməliyyat Şurası keçirilib

Cəmiyyət Materials 21 İyul 2010 19:09 (UTC +04:00)
Çərşənbə günü Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) 2010-cu ilin birinci yarısı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş Əməliyyat Şurası keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ilin birinci yarısında fəaliyyətinin yekunlarına həsr olunmuş Əməliyyat Şurası keçirilib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Çərşənbə günü Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) 2010-cu ilin birinci yarısı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş Əməliyyat Şurası keçirilib. Bu barədə Xidmətin məlumatında deyilir.

Şurada PX-nin rəhbərliyi, tabe qurumların rəisləri, habelə nazirliyin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Nazim Ələkbərov Şuranı açaraq, PX-nin cari ilin altı ayı ərzindəki fəaliyyətinə yekun vurub və qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müsbət nəticələr əldə edilib.

Həyata keçirilmiş kompleks tədbirlər çərçivəsində 284 cinayət hadisəsinin qarşısı alınıb. 2010-cu ilin 6 ayı ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 100-dən artıq qadağan olunmuş əşya, o cümlədən 103,5 litr spirt hazırlanması üçün nəzərdə tutulmuş qıcqırdılmış maye, 36 mobil telefon aşkar edilərək götürülüb. Altı ay ərzində narkotik maddələrlə bağlı 52 fakt müəyyən edilib, 79,9 qram narkotik vasitə götürülüb. Eyni zamanda, respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əməkdaşlıq nəticəsində 103 cinayətin açılmasına köməklik göstərilib.

Bununla yanaşı, Şurada fəaliyyətlərində ciddi pozuntulara yol verdiklərinə görə 3 saylı Xüsusi müəssisənin rəhbərliyi və məsul əməkdaşı Penitensiar Xidmət rəisinin əmri ilə ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti