...

Azərbaycan dövləti mətbuata uzunmüddətli yardım strategiyasını həyata keçirir - Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 23 İyul 2010 16:58 (UTC +04:00)
Azərbaycan dövləti mətbuata uzunmüddətli yardım strategiyasını həyata keçirir. Bunu cümə günü Trend-ə Azərbaycan Prezidentinin Milli mətbuatın yaranmasının 135 illik yubileyi ilə bağlı verdiyi sərəncamları şərh edərkən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Azərbaycan dövləti mətbuata uzunmüddətli yardım strategiyasını həyata keçirir - Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan dövləti mətbuata uzunmüddətli yardım strategiyasını həyata keçirir. Bunu cümə günü Trend-ə Azərbaycan Prezidentinin Milli mətbuatın yaranmasının 135 illik yubileyi ilə bağlı verdiyi sərəncamları şərh edərkən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

"Azərbaycan mətbuatı üçün yeni mərhələ başlayıb. Azərbaycan iqtisadiyyatı gücləndikcə, mətbuata qayğı da artır", - Amaşov deyib.

Trend-in arayışı: Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılması qeyd olunur.

Prezidentin digər sərəncamı ilə media orqanlarına birdəfəlik yardımlar ayrılıb.

Amaşovun sözlərinə görə, jurnalistlərin illərlə həll etmək istədiyi mənzil problemi ilə bağlı verilən sərəncam, birdəfəlik yardımların artırılması dövlətin mətbuata qayğısının təcəssümüdür.

Xəbər lenti

Xəbər lenti