...

Azərbaycanda "Xəzər Günü" münasibətilə dənizin sahilboyu əraziləri təmizlənəcək

Cəmiyyət Materials 6 Avqust 2010 11:45 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Xəzər Günü" il əlaqədar olaraq dənizin sahilboyu ərazilərinin təmizlənməsi üzrə işlər görəcək.
Azərbaycanda "Xəzər Günü" münasibətilə dənizin sahilboyu əraziləri təmizlənəcək

Аzərbaycan, Bakı, 6 avqust /Trend, müxbir М.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Xəzər Günü" il əlaqədar olaraq dənizin sahilboyu ərazilərinin təmizlənməsi üzrə işlər görəcək. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Nazirliyin tədbirlərinə bələdiyyələr, QHT, müəssisə və təşkilatlar, həmçinin nazirliyin müvafiq strukturları cəlb olunacaqlar.

2006-cı ildə beş Xəzəryanı ölkənin Xəzərin çirklənmədən qorunması və dəniz mühitinin bərpasını nəzərdə tutan Tehran Konvensiyasını ratifikasiya etməsindən sonra 12 avqust "Xəzər Günü" kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti