...

Azərbaycanlı idmançılar Gənclər Olimpiadasında beş qızıl və üç gümüş medal qazanıblar

Cəmiyyət Materials 25 Avqust 2010 15:08 (UTC +04:00)
Azərbaycanlı idmançılar beş qızıl və üç gümüş medal qazanmaqla Gənclər Olimpiadasında çıxış ediblər.
Azərbaycanlı idmançılar Gənclər Olimpiadasında beş qızıl və üç gümüş medal qazanıblar

Аzərbaycan, Bakı, 25 avqust /Trend, müxbir М. Əliyev/

Azərbaycanlı idmançılar beş qızıl və üç gümüş medal qazanmaqla Gənclər Olimpiadasında çıxış ediblər.

Qızıl medalı güləşçilər Murad Bazarov, Elman Muxtarov, Əli Məhəmmədbağırov (100 kq), sərbəst güləşçi Patimat Baqomedova (52 kq), ağırlıqqaldıran Nicat Rəhimov (ikitəkanlı yarışda 295 kq qaldıran) qazanıblar.

Gümüş medalı isə güləşçi Kənan Quliyev (54 kq), boksçu Elvin İsayev (57 kq) və Salman Əlizadə (48 kq) qazanıblar.

Gənclər arasında birinci Yay Olimpiya Oyunları 2010-cu il avqustun 14-dən 26-dək keçirilir.

Sinqapurda idmanın 29 növü üzrə 3,5 mindən çox idmançı yarışır.

Xəbər lenti

Xəbər lenti