"İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" kitabı nəşr olunub

"İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" kitabı nəşr olunub

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə "Kaspi" qəzetinin birgə hazırladığı "İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" adlı kitab nəşr olunub. Bu barədə "Kaspi" qəzetinin məlumatında deyilir.

Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi haqqında 2010-cu il 10 iyun tarixli Sərəncamından iyulun 22-nə - Milli Mətbuat gününədək dövlət səviyyəsində görülmüş tədbirlər barədə materiallar Azərbaycan və ingilis dillərində oxuculara çatdırılır.

Kitabın elmi məsləhətçisi və "Ön söz"ün müəllifi Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

"Ön söz"də qeyd olunur ki, iyunun 10-da Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyinin geniş qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda respublikanın şəhərlərində və paytaxtda yubiley tədbirlərinin keçirilməsi, mətbuat işçilərinin mükafatlandırılması, fəxri adların verilməsi ilə bağlı bəndlər vardı. Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı tədbirlər planında respublikanın bir sıra regionlarında toplantılar keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirlərdən 6-sı Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran və Xaçmazda baş tutdu. Sonuncu tədbir isə iyulun 22-də "Gülüstan" sarayında geniş ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə keçirildi.

Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında" Sərəncama əsasən Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə 38 nəfərə "Əməkdar Jurnalist", 15 nəfərə "Əməkdar Mədəniyyət İşçisi" və 1 nəfərə "Əməkdar Mühəndis" fəxri adları verilib. Eyni zamanda, dövlətimizin başçısının digər Sərəncamı ilə 38 nəfər "Tərəqqi" medalı ilə təltif edilib.

Prezidentin həmin tarixdə imzaladığı "Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında" Sərəncama əsasən isə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan bir milyon manat məbləğində vəsait ayrılıb.

Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilib, 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb.

Bundan başqa, Azərbaycan Prezidenti jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaitinin ayrılması haqqında Sərəncam imzalayıb.

Professor Əli Həsənov "Ön söz"də xüsusi qeyd etmişdir ki, Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə medianın bugünkü vəziyyətini müsbət qiymətləndirərək deyib: "Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Elə etməliyik ki, problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".

Prezident İlham Əliyev çıxışında jurnalistlərin məsuliyyəti ilə bağlı mövqeyini bildirmiş və tövsiyələrini verərək deyib: "Jurnalistlər çox məsuliyyətli olmalıdırlar. Burada qərəzsiz mövqe çox vacibdir. Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında, müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın. Çünki birinci növbədə, Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir". Prezident dövlətin müstəqil Azərbaycan mediasının inkişafına daim dəstək olacağını vurğulayaraq, jurnalistləri vətənpərvər olmağa çağırıb.

"Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi kitab müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir və ümidvaram ki, oxucuların ürəyincə olacaqdır", - professor Əli Həsənov yazır.

Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb
Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla başa çatıb (FOTO)
Ərəb koalisiyası hüsilərə qarşı əməliyyat keçirib, xeyli sayda texnika və canlı qüvvə məhv edilib
Çin şirkətləri Əfqanıstanda mis və litium yataqlarına çıxış əldə etmək niyyətindədir
Berlin polisi COVİD əleyhinə nümayişlər zamanı 58 nəfəri saxlayıb
ABŞ 500-dək yeni nüvə bombası istehsal edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 394 nəfər COVID-19-a yoluxub, 25 nəfər ölüb
Ceyhun Bayramov ölkə gənclərini Könüllülər Günü münasibətiylə təbrik edib
Azərbaycanda Könüllülərinin IV Həmrəylik Forumu keçirilib (FOTO)
Azərbaycan könüllüləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Türkiyə artilleriyası İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib
İranda son sutka ərzində 76 nəfər koronavirusdan ölüb
ABŞ-ın Suriyadakı hərbi bazası hücuma məruz qalıb
Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı (VİDEO)
Gəncədə yol hərəkəti qaydalarını nümayişkəranə şəkildə pozan sürücülər saxlanılıb (FOTO/VİDEO)
Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Şəhid Elvin Kazımovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO/VİDEO)
Üçtərəfli müqavilə İranın qaz probleminin böyük hissəsini həll edəcək – Prezident Aparatının rəhbəri
Qaradağda iməclik keçirilib (FOTO)
Göygöldə qadın itkin düşüb (FOTO)
Mançesterdə Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olunub (FOTO)
Gürcüstanda koronavirusa daha 3 410 nəfər yoluxub, 46 nəfər ölüb
Müdafiə Nazirliyi həftəlik icmal hazırlayıb (VİDEO)
Metroda sərnişin qatar yoluna düşüb
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb (FOTO)
Fransada sutka ərzində COVID-19-a yoluxanların sayı 50 mini keçib
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb
Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb
Qubada istirahət mərkəzində yanğın baş verib
Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz müqaviləsindən bütün tərəflər qazanacaq - İranlı ekspertlər
İtaliyada 5 yaşdan kiçik uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq
Almaniyada təyyarə avtomobil körpüsünə eniş edib
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ olub
Britaniyada koronavirusa 42 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ağ Ev Putin və Baydenin görüşəcəkləri tarixi təsdiqləyib
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları Bakı Qida Hakatonunun qalibi olublar (FOTO)
İndoneziyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb
"Mançester Siti" "Liverpul"u 1 xal qabaqlayaraq liderliyə yüksəlib
Finlandiyanın XİN rəhbəri koronavirusa yoluxub
Keniyada avtobus körpüdən çaya düşüb, çox sayda ölən var
Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 19 463 nəfər sağalıb
Xocavənddə daha bir erməni hərbçisinin cəsədi tapılıb
"Barselona" Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu
Bir çox Aİ və NATO ölkələri Türkiyənin PUA-larını almaqda maraqlıdır - Çavuşoğlu
İngiltərə Premyer Liqası: "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib
İranın nüvə obyekti yaxınlığında partlayış olub
Xocavənddə hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil verildi
Türkiyədə Ərdoğanın mitinqdə törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb
Türkiyə xüsusi təyinatlıları Suriyada 5 terrorçunu məhv edib
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
"Instagram"ın işində fasilələr yaranıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum olub
Gürcüstanda zəlzələ baş verib
Şabranda quşçuluq sexində yanğın olub
Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin mina xəritələrini əldə edib
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir (FOTO)
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Bütün xəbərlər