...

Azərbaycanda narkotik alverində günahlandırılan Gəncə Tədris İdman Mərkəzinin direktor müavininə hökm oxunub

Cəmiyyət Materials 1 Sentyabr 2010 18:06 (UTC +04:00)
Azərbaycanda narkotik alverində günahlandırılan Gəncə Tədris İdman Mərkəzinin direktor müavininə hökm oxunub.
Azərbaycanda narkotik alverində günahlandırılan Gəncə Tədris İdman Mərkəzinin direktor müavininə hökm oxunub

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir H.Bağırov/

Azərbaycanda narkotik alverində günahlandırılan Gəncə Tədris İdman Mərkəzinin direktor müavininə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə narkotik alverində ittiham olunan, Gəncə və ətraf rayonlarda "Qoçu" ləqəbi ilə tanınan Gəncə Tədris İdman Mərkəzinin direktor müavini Qoca Tofiq oğlu Quliyev 2 il 6 ay il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Quliyevin 11 il müddətinə azadlıqdan məhrum ediməsini istəmişdi.

Quliyev 2009-cu il noyabrın 4-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onunla birlikdə bir neçə nəfər də həbs edilib.

Quliyevin başçılıq etdiyi mütəşəkkil dəstə əvvəl Gəncədə bir neçə vəzifəli şəxs də daxil olmaqla ayrı-ayrı vətəndaşlardan şantaj və hədə-qorxu yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. Lakin istintaq dövründə Quliyevə hədə-qorxu yolu ilə pul tələbetmə ittihamı sübuta yetirilməyib və istintaq ona qarşı narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğulolma ittihamı irəli sürüb.

Quliyev Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma (234) maddəsi ilə ittiham edilib.

Xəbər lenti

Xəbər lenti