...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Cəmiyyət Materials 8 Sentyabr 2010 11:38 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir М.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edib.

"Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan Bayramı münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını arzulayıram", - idarə rəhbərinin təbrikində bildirilir. Bu barədə çərşənbə günü Trend -a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Paşazadə qeyd edib ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan müsəlmanlarının Ramazan Bayramında ən ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə üst-üstə düşür. "Bu əziz gündə biz Uca Allaha dualar edirik ki, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımızın rəhbərliyi altında işğal altındakı torpaqlarımız azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsınlar", - təbrikdə vurğulanır.

Xəbər lenti

Xəbər lenti