...

Moskvada bədii gimnastika üzrə dünya çempionatının yubiley mərasiminin açılışı olub

Cəmiyyət Materials 20 Sentyabr 2010 17:55 (UTC +04:00)
Moskvada bədii gimnastika üzrə dünya çempionatının 30-cu yubiley mərasiminin açılışı olub. Təşkilatçılar söz verdikləri kimi, yaşlı və cavan nəslin gimnastlarının iştirak etdiyi rəngarəng şou göstəriblər, xalça üzərinə ilk dünya çempionatlarının əfsanəvi gimnastları, onlarla birlikdə isə podiumun indiki qrandları və yeniyetmələr çıxıb.
Moskvada bədii gimnastika üzrə dünya çempionatının yubiley mərasiminin açılışı olub

Rusiya, Moskva, 20 sentyabr /Trend, xüsusi müxbir İ.Bragina/

Moskvada bədii gimnastika üzrə dünya çempionatının 30-cu yubiley mərasiminin açılışı olub. Təşkilatçılar söz verdikləri kimi, yaşlı və cavan nəslin gimnastlarının iştirak etdiyi rəngarəng şou göstəriblər, xalça üzərinə ilk dünya çempionatlarının əfsanəvi gimnastları, onlarla birlikdə isə podiumun indiki qrandları və yeniyetmələr çıxıb. Tamaşaçılara iki predmetlə - top və lentlə, iki qurşaqla yeni nömrələr göstərilib.

Sonra dünya çempionatının bütün iştirakçı ölkələrinin təqdimatı keçirilib. Azərbaycandan xalça üzərinə Samirə Mustafayeva çıxıb.

Açılış mərasiminə Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva gələib. Yarış iştirakçıları qarşısında salamlama nitqi ilə Rusiya hökuməti Baş nazirinin müavini, Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çıxış edib. O, dövlət rəhbərinin salamlarını çatdırıb, sonra isə Ümumrusiya Gimnastika Federasiyasının rəhbəri İrina Vineranı 1980-ci il Olimpiya oyunlarına həsr edilən prezidentin fəxri diplomu və medalı ilə təltif edib.

Açılış mərasimində gənclər və idman naziri Vitali Mutko və məşhur gimnast, olimpiya çempionu Alina Kabayeva çıxış ediblər. O, toplaşanları bədii gimnasitikanın vətəni - Rusiyada keçirilən yubiley birinciliyi münasibətilə təbrik edib və "Qoy güclü udsun" deyərək yarışda uğurlar arzulayıb.

Açılış mərasimindən dərhal sonra gimnastların ilk çıxışları başlayıb. Moskva çempionatını iplə hərəkətlərlə Türkiyə idmançısı Burçin Nəziroğlu açıb. Azərbaycan gimnastları Samirə Mustafateva, Anna Qurbanova və Aliyə Qarayeva Bakı vaxtı ilə təxminən 18:00-dan sonra adrıcıl olaraq çıxış edəcəklər.

İp və qurşaq ilə hərəkətlərdə final yarışmaları bugünkü yarışların nəticələri üzrə sabah keçiriləcək.

Xəbər lenti

Xəbər lenti