...

Prokuror Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının köməkçisi və yavərinə 18 ilə yaxın iş istəyib

Cəmiyyət Materials 7 Oktyabr 2010 17:55 (UTC +04:00)
Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının yavəri və köməkçisinə prokuror cəza istəyib
Prokuror Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının köməkçisi və yavərinə 18 ilə yaxın iş istəyib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının yavəri və köməkçisinə prokuror cəza istəyib.

Trend-in məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayevin köməkçisi Aydın Rəfiyevə 10 il, yavəri Anar Haşımova 7 il 6 ay, Anar Rəfiyevə isə 7 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.

Proses oktyabrın 13-də müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin oğurluq, ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcburetmə və ya pulla ələ alma, rüşvət alma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və digər maddələri ilə ittiham olunurlar.
Generalın köməkçisi Rəfiyev və yavəri Haşımov 2009-cu il fevralın 11-də, Rzayev qətlə yetiriləndən dərhal sonra, onun iş otağına qanunsuz müdaxilə edərək, oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə əlbir olub, 2009-cu ilin mart ayında general Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş - Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində "general-leytenant" poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus "Mitsubishi-Pajero" markalı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlanmaqla, ona etibar edilmiş özgə əmlakını talayıblar.

Anar Rəfiyevin əməkdaşlıq etdiyi "Aztol Telekom" MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş - ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.

Xəbər lenti

Xəbər lenti