...

Azərbaycanda gələn ildə əkiləcək ağacların sayı 10 milyona çatdırılacaq – ekologiya naziri (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2010 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2011-ci ilin yaz mövsümündə əkiləcək ağacların sayı 10 milyona çatdırılacaq. Bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Bağırovun sözlərinə görə, Ekologiya Nazirliyi calaq edilən şitillərin payını 85 faizə çatdırmaq niyyətindədir, halbuki keçən il ölkə ərazisində bu göstərici 73 faiz təşkil edib.

"Şitillərin 90 faizini Ekologiya və Təbii Sərvətlər Nazirliyi yetişdirir, bəziləri isə Türkiyədən gətirilir", - nazir qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2010-cu il "Ekologiya ili" elan edilib.

Nazir qeyd edib ki, Azərbaycanda damcı şəklində suvarmanın yaradılması layihəsinin həyata keçirilməsi başa çatmaq üzrədir.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi şənbə günü Bayıl yamacında 60 hektarlıq ərazidə ağac əkib.

"Bu tədbirlər landşaftın yaşıllaşdırılması məqsədilə görülür və 60 hektara qədər ərazini əhatə edir", - nazir qeyd edib.

Onun sözlərinə görə, yamacda şam, üzüm və ardıc kolu əkilb.

Xəbər lenti

Xəbər lenti