...

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu İran Milli Gənclər Təşkilatı ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 3 Dekabr 2010 11:10 (UTC +04:00)
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu İran Milli Gənclər Təşkilatı ilə əməkdaşlıq edəcək.
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu İran Milli Gənclər Təşkilatı ilə əməkdaşlıq edəcək

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu İran Milli Gənclər Təşkilatı ilə əməkdaşlıq edəcək.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) ilə İran Milli Gənclər Təşkilatı arasında konkret əməkdaşlıq sahələrini əhatə edən Fəaliyyət Planı imzalanıb. Bu barədə Məlumatı İKGF-nin mətbuat xidməti yayıb.

Məlumata əsasən, sənədi İKGF-nin baş katibi Elşad İskəndərov və İran Milli Gənclər Təşkilatının icraçı direktoru Mehdi Souli imzalayıblar.

Adıçəkilən sənəddə 2011-ci ildə Tehran şəhərində İslam dininə aid məzhəb və məktəblərin yaxınlaşması prosesində gənclərin rolu üzrə beynəlxalq konfransın və İKGF-nin təşəbbüsü ilə İKT ölkələrində humanitar faciələr qurbanlarının Anım Günü proqramı çərçivəsində birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti