...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan Dendraliz parkından bir ayı müsadirə olunub

Cəmiyyət Materials 3 Dekabr 2010 12:31 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan Dendraliz parkından 1 ayı müsadirə olunaraq götürülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan Dendraliz parkından bir ayı müsadirə olunub

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan Dendraliz parkından 1 ayı müsadirə olunaraq götürülüb. Bu barədə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, faktla bağlı tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədi ilə 25 noyabr - 2 dekabr 2010-cu il tarixlərində növbəti reyd keçiriblər.

Son bir ayda ETSN 20-ə yaxın vəhşi heyvanı istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərindən götürərək təbiətə buraxıb.

Xəbər lenti

Xəbər lenti