Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Saxta pul hazırlama və satma cinayətində ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi və Salyan rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Məmməd Mahmudov Rusiyanın və Azərbaycanın Cinayət məcəllələrinin saxta pul və ya qiymətli kağızlar hazırlama və satma maddələri ilə axtarışda olub.
Faktla bağlı istintaq aparılır.