...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləğinin artırılmasına dair dəyişiklikləri dəstəkləyir

Cəmiyyət Materials 9 Dekabr 2010 15:42 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləğinin artırılmasına dair dəyişiklikləri dəstəkləyir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləğinin artırılmasına dair dəyişiklikləri dəstəkləyir

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləğinin artırılmasına dair dəyişiklikləri dəstəkləyir.

"Hesab edirik ki, bu dəyişikliklər ölkədə dini durumun daha da yaxşılaşmasına xidmət edəcək", - cümə axşamı Trend-ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləğinin fiziki şəxslər üçün altı, vəzifəli şəxslər üçün on altı dəfəyədək artırılması nəzərdə tutulur. Bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dekabrın 8-də keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi ilə bağlı məlumat verən Hüseynli bildirib ki, dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına görə də cərimələrin miqdarının artırılması təklif olunub.

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu pozuntuya görə cərimənin məbləği fiziki şəxslər üçün 100-300 manat, vəzifəli şəxslər üçün isə 200-500 manat göstərilirdisə, yeni layihədə bu, fiziki şəxslər üçün 1500-2000 manat, vəzifəli şəxslər üçün isə 7000-8000 manat nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti