...

Ümummilli lider Heydər Əliyevin xatirəsi Londonda yad edilmişdir

Cəmiyyət Materials 11 Dekabr 2010 05:57 (UTC +04:00)
Dekabrın 10 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Londondakı səfirliyində anma mərasimi keçirilmişdir, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi xəbər verir.
Ümummilli lider Heydər Əliyevin xatirəsi Londonda yad edilmişdir

Dekabrın 10 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Londondakı səfirliyində anma mərasimi keçirilmişdir, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi xəbər verir.

Anma mərasimində Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatları, o cümlədən Azərbaycan Beynəlxalq Bankı, Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları şirkətinin Londondakı nümayəndələri, eləcə də Azərbaycan Evi və Avropa-Azərbaycan Cəmiyyətinin rəhbərliyi və nümayəndələri iştirak etmişdir.

lk öncə Heydər Əliyevin səfirliyin binasında yerləşən büstü önünə əklil qoyulmuş, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Səfir Fəxrəddin Qurbanov Heydər Əliyevin həyat yoluna və siyasi fəaliyyətinə nəzər yetirmiş, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən söhbət açmışdır. Səfir ötən əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, ölkənin dünya birliyində özünə layiqli yer tutması, eləcə də davamlı iqtisadi inkişafa məhz onun liderliyi sayəsində mümkün olduğunu bildirdi.

Bu siyasi kursun bu gün uğurla davam etdirildiyi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün istiqamətlərdə öz mövqelərini gücləndirdirir, səfir əlavə etdi.

Mərasimdə ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti