...

Bakıda sabah avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 11 Dekabr 2010 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Ümummilli liderin anım mərasiminin keçirilməsi ilə əlaqədar sabah Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsinin anılması mərasiminin keçirilməsi ilə əlaqədar olaraq ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Fəxri xiyaban-Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti mədudlaşdırılacaq.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanından və Parlament prospektinə bitişik digər ərazilərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı şəhər Baş Polis İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti