Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın orta məktəblərində yeni il şənliklərinin keçirilməsini gündəmdə olan ciddi məsələ kimi qəbul etməməliyik, bunu çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Nazir deyib ki, belə tədbirlərin keçirilməsini məktəblər, şagirdlər və valideynlər özü həll edə bilər.
Mərdanov belə şənliklərin keçirilməsinə qadağa qoyulması üçün əmr verilməsini düzgün saymadığını da deyib.
"Mən əmr edim ki, belə olsun? Şəxsən mən bunu düzgün saymıram. Amalımız odur ki, bu işin təhsilə, millətin gələcəyinə xeyri olsun", - nazir deyib.