...

FİFA və UEFA nümayəndələri Azərbaycana gəlib

Cəmiyyət Materials 21 Dekabr 2010 13:29 (UTC +04:00)
FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, UEFA-nın Milli Assosiasiyaların İnkişafı Departamentinin rəisi Tyerri Favre, UEFA-nın qadın futbolunun inkişafı üzrə koordinatoru Emili Şav və UEFA-nın stadionlar və infrastruktur üzrə eksperti David Pertriaşvili Azərbaycana səfərə gəlib.
FİFA və UEFA nümayəndələri Azərbaycana gəlib

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, UEFA-nın Milli Assosiasiyaların İnkişafı Departamentinin rəisi Tyerri Favre, UEFA-nın qadın futbolunun inkişafı üzrə koordinatoru Emili Şav və UEFA-nın stadionlar və infrastruktur üzrə eksperti David Pertriaşvili Azərbaycana səfərə gəlib.

Səfərin məqsədi Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat almaq, 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatına hazırlıq işlərinin səviyyəsi ilə tanış olmaqdır.

Bu gün AFFA-nın inzibati binasında U-17 qızlar arasında DÇ-2012-nin yerli təşkilat komitəsinin üzvləri ilə beynəlxalq futbol qurumlarının nümayəndələri arasında görüş keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə qadın futbolunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, dünya çempionatına hazırlıqla bağlı görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. Sonra FİFA və UEFA nümayəndələri 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqini izləyiblər.

Xəbər lenti

Xəbər lenti