...

Azərbaycanda ailəyə ehtiyacı olan uşaqlar haqqında məlumat bazası yaradılıb

Cəmiyyət Materials 23 Dekabr 2010 11:44 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyində ailəyə ehtiyacı olan uşaqlar haqqında məlumat bazası yaradılıb.
Azərbaycanda ailəyə ehtiyacı olan uşaqlar haqqında məlumat bazası yaradılıb

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Təhsil Nazirliyində ailəyə ehtiyacı olan uşaqlar haqqında məlumat bazası yaradılıb.

"Təhsil Nazirliyində ailəyə ehtiyacı olan uşaqlar haqqında məlumat bazası yaradılıb", - cümə axşamı təhsil naziri Misir Mərdanov "Uşaqların ailələrə verilməsi və onların alternativ qayğı ilə təmin olunması mexanizminin yaradılması" layihəsinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, 2010-cu ilin ikinci yarısı ərzində səkkiz uşaq ailələrə verilib. Bazada daha 27 uşaq haqqında məlumat toplanıb.

Hazırda ölkədəki 46 dövlət uşaq evində və internatda 9874 uşaq tərbiyə olunur. Onlardan 3860 nəfəri daimi olaraq bu müəssisələrdə yaşayırlar. Əvvəllər bu göstərici 4055 uşaq təşkil edib.

Azərbaycanın Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq proiblemləri üzrə Dövlət Komitəsi və UNICEF "Uşaqların ailələrə verilməsi və onların alternativ qayğı ilə təmin olunması mexanizminin yaradılması" layihəsi üzrə imzalanmış memorandum çərçivəsində birgə fəaliyyət aparırlar.

Bu layihə "Azərbaycan Respublikasında uşaqların dövlət uşaq müəssisələrindən ailələrə verilməsi (deinstitusionallaşma) və alternativ qayğı (2006-2015-ci illər) Dövlət Proqramı" çərçivəsində Bakının iki pilot rayonunda - Suraxanı və Xəzərdə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti