...

AFFA iki futbol klubunu cəzalandırıb

Cəmiyyət Materials 6 Yanvar 2011 15:57 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) iki futbol klubunu cəzalandırıb.
AFFA iki futbol klubunu cəzalandırıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) iki futbol klubunu cəzalandırıb.

Trend-in AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, İntizam Komitəsinin qərarı ilə dekabrın 28-də Azercell U-17 Liqasının "İnter" - "Simurq" matçında "Simurq" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Dekabrın 26-da isə U-13 Liqasının "Gücbirliyi" - "Vətən" matçında "Gücbirliyi" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Xəbər lenti

Xəbər lenti