Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakı şəhər Dövlət Yol Polisinin bir zabiti daxili işlər orqanlarından xaric edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, ötən il xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 76 yol polisi əməkdaşı cəzalandırılıb. Onlardan 36-sı zabit, 40-ı isə sıravi heyətdə olub.
Cəza alanalrın bir nəfəri daxili işlər orqanlarından xaric edilib, digərləri barəsində müxtəlif inzibati tənbeh tədbirləri tətbiq olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 116 əməkdaşı xidməti vəzifələrini nümunəvi yerinə yetrirdiklərinə görə rəhbərlik tərəfindən mükafatlandırılıb, 32 nəfər sıravi əməkdaşa xüsusi rütbələr verilib.