...

20 Yanvar faciəsi ilə bağlı Azərbaycanda avtomobil və qatarların hərəkəti bir dəqiqəlik dayandırılıb

Cəmiyyət Materials 20 Yanvar 2011 12:01 (UTC +04:00)
20 Yanvar faciəsi ilə bağlı Azərbaycanda avtomobil və qatarların hərəkəti bir dəqiqəlik dayandırılıb
20 Yanvar faciəsi ilə bağlı Azərbaycanda avtomobil və qatarların hərəkəti bir dəqiqəlik dayandırılıb

Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir M.Əliyev/

20 Yanvar - Ümummilli hüzn günü saat 12:00-da Bakı Metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti bir dəqiqəlik dayandırılıb və siqnal səsləndirilib. Bütün stansiyalarda matəm musiqisi səsləndirilir, qara lentlərə bağlanılan qərənfillər düzülüb. Bununla bərabər, həmin vaxt yollarda avtomobillərin hərəkəti də bir dəqiqəlik dayandırılıb və siqnal səsləndirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.

Xəbər lenti

Xəbər lenti