...

Koreya Bakıda peşə təhsili müəssisəsinin yaradılması üçün 22 milyon dollar ayıracaq

Cəmiyyət Materials 24 Yanvar 2011 16:57 (UTC +04:00)
Koreya Respublikası hökuməti Bakıda peşə təhsili müəssisəsinin yaradılması üçün 22 milyon dollar ayıracaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Təhsil Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Koreya Bakıda peşə təhsili müəssisəsinin yaradılması üçün 22 milyon dollar ayıracaq

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Koreya Respublikası hökuməti Bakıda peşə təhsili müəssisəsinin yaradılması üçün 22 milyon dollar ayıracaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Təhsil Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bakının 4 saylı peşə təhsili müəssisəsinin nəzdində Koreya İnsan Resursları İnkişafı Xidməti tərəfindən peşə tədris müəssisəsi yaradılacaq. Burada hər il səkkiz ixtisas üzrə 800 nəfər peşə təlimi ala biləcək. Yeni yaradılacaq peşə tədrisi müəssisəsi əsasən sənaye sahəsində mütəxəssis hazırlığı həyata keçirəcək.

Peşə tədrisi mərkəzində dərs prosesi yüksək səviyyədə təşkil olunacaq, şagirdlər yataqxana ilə təmin olunacaqlar. Bu barədə Koreya İnsan Resursları İnkişafı Xidmətinin nümayəndəsi layihənin təqdimatında deyib. Müəssisənin yaradılması işinə cari ilin iyununda başlanılması planlaşdırılır.

Hazırda Azərbaycanda 107 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə təhsili müəssisələrində 101 peşə üzrə 23 mindən çox şagird təhsil alır.

Xəbər lenti

Xəbər lenti