...

Türkmən klassiklərinin kitabları Azərbaycan dilinə tərcümə olunub

Cəmiyyət Materials 25 Yanvar 2011 11:27 (UTC +04:00)
Türkmən poeziyasının klassiki Nurməhəmməd Əndəlibin "Şeirlər, poemalar və dastanlar"ı, şair Sultan Hüseyn Baykaranın məşhur qəzəl toplularından biri - "Divan" və şair, sərkərdə, dövlət xadimi Zahiruddin Məhəmməd Baburun "Seçilmiş əsərləri" Azərbaycan dilinə tərcümə olunub. Trend-in məlumatına göğrə, bu barədə çərşənbə axşamı Türkmənistan KİV-i bildirib.
Türkmən klassiklərinin kitabları Azərbaycan dilinə tərcümə olunub

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir H.Həsənov/

Türkmən poeziyasının klassiki Nurməhəmməd Əndəlibin "Şeirlər, poemalar və dastanlar"ı, şair Sultan Hüseyn Baykaranın məşhur qəzəl toplularından biri - "Divan" və şair, sərkərdə, dövlət xadimi Zahiruddin Məhəmməd Baburun "Seçilmiş əsərləri" Azərbaycan dilinə tərcümə olunub. Trend-in məlumatına göğrə, bu barədə çərşənbə axşamı Türkmənistan KİV-i bildirib.

"Onlar orta əsr türkmən poeziyasının aparıcı nümayəndələri, dünya ədəbiyyatının görkəmli xadimləridirlər", - "Bitərəf Türkmənistan" qəzetinin məqaləsində yazılıb.

Nəşrlər azərbaycanlı alimlərin iştirakı ilə Türkmənistan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu tərəfindən çapa hazırlanıb. Şair Əndəlibin 350 illik yubileyi ilə əlaqədar olaraq, bu il onun lirikası Azərbaycan dilində çap olunacaq. 

Ötən il Azərbaycan dilinə türkmən klassik ədəbiyyatının aparıcı nümayəndələri - Məhdumqulu Fəraqi və Mollanəpəsin seçilmiş şeirləri tərcümə olunub.

Xəbər lenti

Xəbər lenti