Bakı. Trend
Azərbaycanın Avropa ölkələri ilə münasibətləri ikitərəfli qarşılıqlı dialoq əsnasında davam etdirilib.
Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
O qeyd edib ki, həmçinin il ərzində Çin və Vyetnamla münasibətlər yeni mərhələyə yüksəlib.
"Yaxın Şərqdə və Qəzzadakı vəziyyətlə bağlı Azərbaycanın diplomatik təmasları davam etdirilib. Bundan başqa, 2025-ci ildə Tailand və Omanda səfirliklərin rəsmi açılışları olub", - nazir əlavə edib.
Nazir xatırladıb ki, 13 illik fasilədən sonra Suriyada səfirliyin fəaliyyəti bərpa edilib. Bəhreyndə səfirliyin açılmasına dair qanun qəbul edilib.
