...

Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirib (YENİLƏNİB)

Siyasət Materials 26 Dekabr 2025 15:10 (UTC +04:00)
Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirib (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfrans keçirib.

Trend xəbər verir ki, XİN başçısı mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandırıb.

Nazir ilk növbədə Azərbaycanın milli maraqlarını qoruyaraq müstəqil və praqmatik xarici siyasətini uğurla davam etdirdiyini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərini gücləndirdiyini və beynəlxalq nüfuzunu artırdığını bildirib.

O qeyd edib ki, 2025-ci il Azərbaycanın zəfərinin və ərazi bütövlüyünün bərpasının beş illiyinin qeyd olunduğu il olub və bu il regionda dayanıqlı sülhün bərqərar edilməsi üçün tarixi fürsətlərdən istifadə edilib. Vaşinqton Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə və sülh sazişi layihəsini paraflayıb, həmçinin Azərbaycan ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edən TRIPP layihəsi üzrə razılıq əldə edilib.

C. Bayramov vurğulayıb ki, Azərbaycan çoxtərəfli əməkdaşlıq, diplomatik vasitəçilik və beynəlxalq iqtisadi, iqlim və yardım fəaliyyətlərində aktiv olub. 2025-ci ildə Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində mühüm tədbirlər həyata keçirilib, strateji mərkəzlər yaradılıb və regional sülh, təhlükəsizlik və rifah üçün mühüm nəticələr əldə olunub.

O həmçinin, xarici dövlətlər ilə ikitərəfli münasibətlərə və digər məsələlərə də toxunub.

XİN rəhbəri Ceyhun Bayramovun ilin yekunlarına dair mətbuat konfransının tam çıxışını bu keçiddən oxumaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti