Bakı. Trend:
Polşada düşmənin pilotsuz uçuş aparatını (PUA) bir anın içində sıradan çıxara bilən “Stratus” adlı elektromaqnit silah sistemi yaradılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Layihə üzərində Qdansk Texniki Universitetindən olan tədqiqat qrupu çalışıb.
Məlumata görə, “Stratus” sistemində dronların fəaliyyətini pozan və ya onun elektron komponentlərini məhv edə bilən güclü elektromaqnit impulslardan istifadə olunur. Belə bir sistem PUA-nı partlatmadan zərərsizləşdirməyə imkan verir.
Mütərəqqi texnologiya nəzarət altında sınaqlardan keçirilib, lakin hələ tam istifadəyə verilməyib.
Potensial olaraq, "Stratus” kritik infrastruktur obyektlərinin mühafizəsində, eləcə də ənənəvi üsulların pilotsuz uçan aparatlarla mübarizədə əlavə risk yaratdığı kütləvi tədbir yerlərində istifadə oluna bilər.
