...

Prezident İlham Əliyevin Vaşinqton səfəri ikitərəfli münasibətlər kontekstində vacib əhəmiyyətə malik olub - Nazir

Siyasət Materials 26 Dekabr 2025 15:25 (UTC +04:00)
Prezident İlham Əliyevin Vaşinqton səfəri ikitərəfli münasibətlər kontekstində vacib əhəmiyyətə malik olub - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Vaşinqton səfəri ikitərəfli münasibətlər kontekstində vacib əhəmiyyətə malik olub.

Trend xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursuna uyğun olaaq addımlar bir sistemli xarakterli daşıyır:

"Bu il ərzində ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika müşayiət olunub. Burada davamlılıq xüsusilə vacibdir.

İkitərəfli və çoxtərəfli əsasda münasibətlər, təşəbbüskar olduğum beynəlxalq təşkilatlarda liderliyimix davam etdiriləcək"

Onun sözlərinə görə, bundan başqa, Vaşinqton görüşündə 907-ci düzəlişin dayandırılması ilə bağlı razılıq əldə edilib.

"Bu düzəlişi qüvvədə saxlamağı biz lazımsız hesab edirik. Onun tamamilə ləğvi üçün konkret addımlar atılmalıdır. Dekabrda Florida ştatından olan deputat tərəfindən bununla bağlı qanun layihəsi təqdim edilib. Bizim gözləntimiz ondan ibarətdir ki, bu düzəliş tam aradan götürülməlidir. Artıq bunun üçün xeyli münbit şərait var, biz buna nikbin baxırıq, lakin nəticədə yekun qərar ABŞ konkqresinin olacaq", - nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti