...

Azərbaycan hökuməti Şahdağ Milli Parkının fəaliyyət zonaları üzrə bölgüsünü təsdiq edib

Cəmiyyət Materials 25 Yanvar 2011 16:15 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Şahdağ Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü"nü təsdiq edib.
Azərbaycan hökuməti Şahdağ Milli Parkının fəaliyyət zonaları üzrə bölgüsünü təsdiq edib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Nazirlər Kabineti "Şahdağ Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü"nü təsdiq edib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidentinin 2008-ci il 19 noyabr tarixli 19 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə"nin 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatını nəzərə alaraq Nazirlər Kabineti qərara alıb ki, "Şahdağ Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü" əlavə olunmuş xəritədə və göstərilmiş hüdudlarda təsdiq edilsin.

Qərara əsasən, Milli Parkda xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 73184,02 hektar, turizm və rekreasiya zonası - 50033,7 hektar, turistlərə və başqalarına xidmət göstərilən zona - 5601,0 hektar, Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası - 1689,38 hektar müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti