...

Azərbaycanlı velosipedçilər İranda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 31 Yanvar 2011 12:17 (UTC +04:00)
İranda velosipedçilərin mübarizə aparacaqları Kirman beynəlxalq turnirinə Azərbaycanın Sumqayıt şəhərinin idmançıları da qatılacaqlar. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Azərbaycanlı velosipedçilər İranda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Cəfərov/

İranda velosipedçilərin mübarizə aparacaqları Kirman beynəlxalq turnirinə Azərbaycanın Sumqayıt şəhərinin idmançıları da qatılacaqlar. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.  

Turnirə Azərbaycan velosipedçilərindən Elçin Əsədov, Qafur Mustafayev və Tural İsgəndərov əsas, Məhəmməd Ələkbərov, Rövşən Bəşirov, Tural Nağıyev və Miton İsmayılov isə yardımçı yarışçı kimi qatılacaqlar.

XIV beynəlxalq velosiped turnirində ev sahibi İranla ynaşı, Azərbaycan, Özbəkistan, Türkiyə və Bəhreyn idmançıları mübarizə aparacaqlar. Yarış fevralın 24-28-də Kirmanda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti