Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir М.Əliyev/
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən verilmiş ev hüququnun veteranların dünyasını dəyişməsi hallarında onların ailələrinə verilməsi barədə qanunverici baza təkmilləşdirilməlidir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.
Onun sözlərinə görə, Qarabağ müharibəsi əlilləri öldükdən sonra onların ailələrinin dövlət tərəfindən verilmiş ev hüququnu itirməməsi ədalətli olardı.
Bundan əvvəl bu təşəbbüsü Milli Məclisin 2011-ci il ilk yaz sessiyasında deputat Qənirə Paşayeva irəli sürüb.
"Qarabağ müharibəsi əlilləri ev almaq üçün növbəyə dayanırlar, lakin növbə onlara çatana qədər vəfat edirlərsə, onların ailələri mənzil almaq imtiyazından məhrum olurlar", - Paşayeva deyib. Onun sözlərinə görə, dövlətin şəhid və müharibə əlilləri ailələrinə qayğısını və diqqətini nəzərə alaraq, mövcud problem aradan qalıdırılmalıdır.
Mövcud qanunvericiliyə əsasən, Qarabağ müharibəsi əlillərinin ölümündən sonra onların ailələri dövlət tərəfindən verilmiş mənzil almaq hüququnu itirirlər.