...

Azərbaycanda İran İslam inqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə sərgi açılıb (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2011 16:50 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqında çərşənbə axşamı İran İslam inqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə xəttatlıq, illuminasiya və miniatür sərgisinin açılış mərasimi keçirilib
Azərbaycanda İran İslam inqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə çərşənbə axşamı Azərbaycan Rəssamlar İttifaqında İran İslam inqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə xəttatlıq, illüminasiya və miniatür sərgisinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, sərginin açılışında İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri iştirak edib.

Sərginin açılışında İran səfiri bildirib ki, belə proqramların keçirilməsi iki ölkə arasında dostluq münasibətlərinə öz töhfəsini verəcək.

Sərgi fevralın 10-na qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti