...

Azərbaycan Rabitə Nazirliyi telefon danışıqlarına fərqli tariflər tətbiq etmək niyyətindədir

Cəmiyyət Materials 11 Fevral 2011 14:53 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi stasionar rabitəyə fərqləndirici tarif tətbiq etməyi təklif edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Hazırda stasionar telefonun istifadəsinə görə vahid abunəçi ödənişi iki manat təşkil edir.
Azərbaycan Rabitə Nazirliyi telefon danışıqlarına fərqli tariflər tətbiq etmək niyyətindədir

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi stasionar rabitəyə fərqləndirici tarif tətbiq etməyi təklif edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Hazırda stasionar telefonun istifadəsinə görə vahid abunəçi ödənişi iki manat təşkil edir.

Onun sözlərinə görə, hazırda abunəçilərin alıcılıq qabiliyyətini avtomatik qiymətləndirmə imkanı var.

"Bununla bağlı yeni tariflər əhalinin müxtəlif sosial qrupları üçün tətbiq olunacaq. Ona görə də tariflər fərqli olacaq", - Əli Abbasov deyib.

Bu prosesin əsas məqsədi alıcılıq qabiliyyəti aşağı olan əhali üçün telefon rabitəsi və digər telekommunikasiya xidmətlərinə tariflərin aşağı salınmasıdır.

Bu istiqamətdə işlər Azərbaycan Tariflər Şurası ilə davam etdirilir, nazir deyib.

Xəbər lenti

Xəbər lenti