...

Azərbaycanda qanunların dili asanlaşdırılacaq - deputat

Cəmiyyət Materials 14 Fevral 2011 10:17 (UTC +04:00)
Azərbaycanda qanunların dilində dəyişikliklərin olması gözlənilir. Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov jurnalistlərə bildirib ki, Azərbaycanda qanunların dilində ağırlıq var və istifadəsinə ehtiyac olmayan bir sıra terminlər çıxarıla bilər.
Azərbaycanda qanunların dili asanlaşdırılacaq - deputat

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qanunların dilində dəyişikliklərin olması gözlənilir. Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov jurnalistlərə bildirib ki, Azərbaycanda qanunların dilində ağırlıq var və istifadəsinə ehtiyac olmayan bir sıra terminlər çıxarıla bilər.

Onun sözlərinə görə, qanunların adında istifadə olunan "haqqında" termini bu sözlərdən biridir.

"Haqqında" əslində rus dilindən gələn məsələdi və ola bilsin rus dili üçün onun istifadəsi vacibdir. Lakin bizim dildə bunsuz da keçinmək olar", - Cəfərov bildirib.

Komitə sədrinin sözlərinə görə, yaxın zamanda qanunların adından "haqqında" sözünün ləğv olunacağı gözlənilir.

Cəfərov qeyd edib ki, müzakirəyə çıxarılası çoxlu sayda problem var, lakin müəyyən sahədə bununla bağlı mütəxəssislərlə dilçilər arasında fikir ayrılığı yaranır.

"Misal üçün, hüquqşünaslar çalışırlar qanunların dilində yayğınlıq olmasın ki, sonra mübahisələr yaranmasın. Digər tərəfdən, məhkəmənin çıxardığı hökmü sadə vətəndaşın anlaması çətinlik törədir", - o, bildirib.

Mədəniyyət komitəsinin sədri qeyd edib ki, qanunların dilinə Milli Məclis məsuliyyət daşıyır. Eyni zamanda o, deyib ki, Azərbaycan yeni müstəqil dövlətdir, üslubun yaranması isə kifayət qədər ağır prosesdir.

Xəbər lenti

Xəbər lenti