...

Azərbaycanda “Mədəniyyət” kanalının rəsmi açılış mərasimi keçirilib

Cəmiyyət Materials 14 Fevral 2011 21:49 (UTC +04:00)
Bü gün “Mədəniyyət” kanalının rəsmi açılışı olub. Trend-in məlumatına görə, rəsmi açılış mərasimində çıxış edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki "Mədəniyyət" kanalının açılması böyük hadisə kimi qiymətləndirilməlidir.
Azərbaycanda “Mədəniyyət” kanalının rəsmi açılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Bü gün "Mədəniyyət" kanalının rəsmi açılışı olub. Trend-in məlumatına görə, rəsmi açılış mərasimində çıxış edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki "Mədəniyyət" kanalının açılması böyük hadisə kimi qiymətləndirilməlidir.

Həsənov bildirib ki, "Mədəniyyət" kanalı Azərbaycanda muğamın, mədəniyyətimizin təbliğində böyük töhfələr verəcək.

Milli televiziya və radio şurasının elan etdiyi müsabiqədə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) qalib gəlib.

AZTV-nin mətbuat xidmətindən öncə Trend-ə bildiriblər ki, yeni kanala əməkdar incəsənət xadimi Cəmil Quliyev baş direktor təyin edilib.

Xəbər lenti

Xəbər lenti