...

Azərbaycanın daxili işlər naziri 6 yol polisini xidmətdən xaric edib

Cəmiyyət Materials 2 Mart 2011 20:03 (UTC +04:00)
Daxili işlər nazirinin əmrləri ilə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub.
Azərbaycanın daxili işlər naziri 6 yol polisini xidmətdən xaric edib

Azərbaycan, Bakı, 2 mart /Trend/

Daxili işlər nazirinin əmrləri ilə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər nazirinin 2 mart 2011-ci il tarixli əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub.

Həmçinin, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş 1 əməkdaş isə tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

Xəbər lenti